"PAŞA Bank" Qurban bayramı ərəfəsində ahılları ziyarət edib

"PAŞA Bank" Qurban bayramı ərəfəsində ahılları ziyarət edib

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” Qurban bayramı ərəfəsində xeyriyyə tədbiri keçirib. Belə ki, iyul ayının 6-sı Bank tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinə ziyarət təşkil olunub.


40-a yaxın ahıl Bankın “GiD CSR Consulting” şirkəti ilə əməkdaşlıqda təşkil etdiyi musiqili və əyləncəli bayram tədbirinə qatılıb. Sonda ahıllar evinin bütün sakinlərinə hədiyyələr və bayram sovqatı çatdırılıb.


Xatırladaq ki, Bank tərəfindən xeyriyyə tədbirlərinin təşkil olunması və bu təşəbbüslərə dəstək göstərilməsi ənənəi hal alıb. Novruz və Ramazan bayramları ərəfəsində keçirilən aksiyalar bu təşəbbüslər sırasındadır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020