Azərbaycan 6 medalla komanda hesabında Avropa çempionu adını qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan 6 medalla komanda hesabında Avropa çempionu adını qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yunanıstanın Katerini şəhərində 20 (U-20) yaşlılar arasında çimərlik güləşi üzrə Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə U-20 yığmamız da iştirak edib. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında qitə birinciliyində ölkəmizi 6 güləşçi təmsil edib ki, onların hamısı fəxri kürsüyə qalxıb.

 

70 və 80 kq-da iştirakçılar qrup mərhələsində mübarizəyə başlayıb. Daha sonra yarımfinal və final görüşləri keçirilib. Bu çəkilərin hər birində 2 güləşçimiz çıxış edib.

 

70 kq-da Rübail İbrahimli və Hüseyn Əliyev finaladək irəliləyib. Həlledici görüşdə Rübail komanda yoldaşına qalib gəlib.
80 kq-da Fərid Yusifov gümüş, Anar Cəfərli isə bürünc medal qazanıb.

 

Ağır çəkilərdə milli üzvləri maksimum nəticəyə imza atıb. Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) Avropa çempionu olub.

 

Bununla da U-20 yığmamız Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 95 xalla Avropa çempionu olub. Yunanıstan (58) ikinci, Moldova (37) isə üçüncü yeri tutub.

 

Yeri gəlmişkən U-20-dən bir gün əvvəl isə eyni məkanda U17-nin analoji yarışı keçirilmlşdi. Həmin yarışda da Azərbaycan yığması (4 qızılla) Avropanın birincisi olmuşdur.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020