15 gün öncə evlənən cütlük qəzaya düşdü- Oğlan öldü

15 gün öncə evlənən cütlük qəzaya düşdü- Oğlan öldü

 

Dünən saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində ağır yol qəzası baş verib.

Göyçay rayonu, Alxasova kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillə S.Hüseynovun idarə etdiyi “Howo” markalı betonqarışdıran maşın toqquşub.

Nəticədə Ş.Cəfərov və sərnişini olan həyat yoldaşı V.Novruzova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.

Qeyd edək ki, Şükran Cəfərovla V.Novruzova 15 gün əvvəl ailə həyatı qurublarmış.

Faktla bağlı İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.qafqazinfo

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020