Hidayət Heydərov "Böyük Dəbilqə"ni udsa da 3-cü yerdə qalıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Hidayət Heydərov "Böyük Dəbilqə"ni udsa da 3-cü yerdə qalıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
"Böyük Dəbilqəı"də ikinci olan Səid Mollai isə 3 pillə irəliləyib
Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında keçirilən reytinq xarakterli "Böyük Dəbilqə" turnirindən sonra İJF (Beynəlxalq Cüdo İttifaqı) tatami ustalarının yeni reytinq cədvəlini açıqlayıb. Cüdoçulaerımızdan kimisi irəliləyib, kimisi yerinda sayıb, kimisi də geriləyib. Ən diqqət çəkən məqamlardan biri Macarıstanda birinci yeri tutan Hidayət Heydərovun (73 kq) əvvəlki kimi yenə də 3-cü pillədə qalmasıdır (4760 xal ). Heydərov bu qələbə sayəsində yalnız öz çəkisində 1-ci və 2-ci olanlarla arasındakı xal fərqini bir qədər azalada bilib. Qeyd edək ki, bu çəkidə cədvələ onun finalda məğlub etdiyi gürcüstanlı Laşa Şavdatuaşvili (6632 xal) liderlik edir. İkinci pillədə isə onu 344 xal qabaqlayan monqolıstanlı Tsoqtbaatar Tsend-Ocir (5104) gedir. Əvvəlki mövqeyində qalan Heydərovdan fərqli olaraq, eyni çəkidə güləşən və Macarıstandan bürünc medalla dönən Rüstəm Orucov (2747) isə iki pillə irəliləməklə 6-cı olub.
Macarıstandan gümüş medalla dönən cüdoçumuz Səid Mollai (81 kq) də mövqeyini yaxşı mənada dəyişdirib. Gümüş medal sayəsində xallarının 3434-ə çatdıran Mollai 3 pillə yüksələrək 6-cı olub.
Bəlli turnirdən öncə də ikinci olan Məmmədəli Mehdiyevsə (90 kq) 18 finalda uduzmasına baxmayaraq, 4657 xalla yenə də 2-ci pillədə qərarlaşıb. Hazırda o birinci yerdə gedən özbəkistanlı Davlat Bobonovdan (4814) cəmi 157 xal geri qalır. Xatırladaq ki, Bobonov Mehdiyevin iştirak etmədiyi və Monqolıstanda keçirilən analoji turnirdə birinci olaraq liderliyə yüksəlib.
Digər cüdoçularımıza gəlincə, 60 kq-da tatamiyə çıxan Kəramət Hüseynov Kəramət Hüseynov 3 pillə geriləməklə 11-ci yerə düşüb. Həmin çəkidə güləşən Balabəy Ağayevsə 13-cü yerdə qalıb. 66 kq-da Orxan Səfərov 1 pillə geriləməklə 8-ci yerə düşdüyü cədvəldə həmin çəkidə güləşən Yaşar Nəcəfovsa 27-ci pillədə qalıb. 100 kq-da tatamiyə çıxan Zəlim Kotsayev yenə də 11-ci olduğu halda Yelmar Qasımov 21-dən 22-yə düşüb. +100 kq çəki dərəcəsində tatamiyə çıxan Uşanqi Kokuarisə 1 pillə enməklə 10-cu olub.
Zərif cinsdən oalnlara gəlincə, Leyla Əliyeva (48 kq) 3 pillə geriləməklə 32-ci olub. Həmin çəkidə tatamiyə çıxan Şəfəq Həmidova 62-ci, Ayişə Qurbanlı isə 66-cı pillədə qalıb. Qadın yığmamızın lideri İrina Kindzerskaya (+78 kq) da 1 pillə geriləyərək 17-ci yerə düşüb.
Tatami ustalarının reytinq xarakterli növbəti yarışı 13-15 iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçilməsi nəzərdə tutulan Qran-Pri olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


