Telefon mağazasından oğurluq edildi

Telefon mağazasından oğurluq edildi

Telefon mağazasından oğurluq edildi 

 

Bakının Nəsimi rayonunda oğurluq baş verib.

Hadisə 3-cü mikrorayon dairəsində - Rövşən Cəfərov küçəsində yerləşən dükanda baş verib.

Belə ki, Fərid Nəsirova məxsus dükanın şüşəsi sındırılıb. Dükan sahibi hadisədən xəbər tutaraq əraziyə gəlib. Müvafiq olaraq ərazi üzrə 19-cu Polis Bölməsinə məlumat verilib.

Dükan sahibi Lent.az-a bildirib ki, təxminən ona 2 min manatdan çox zərər dəyib.

Oğurlanan telefon aksesuarları və mobil telefonlardır.

Polis Bölməsinin əməkdaşları ərazidə əməliyyat-axtarışı aparıb.

Müvafiq olaraq təhlükəsiz şəhər kamerasının görüntülərinə baxılıb.

Məlum olub ki, oğuluğu edən yaxınlıqda yerləşən kafedən çıxan şəxs olub.

Həmin şəxsin axtarışlarına başlanılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020