VHP qazi intiharlarına etiraz edir: günahkarlar cəzalandırılsın

VHP qazi intiharlarına etiraz edir: günahkarlar cəzalandırılsın

VHP qazi intiharlarına etiraz edir: günahkarlar cəzalandırılsın 

 

Son günlər İkinci Qarabağ savaşının qəhrəmanları olan qazilərin intihat xəbərləri artmaqdadır. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsindən 2 il ötsə də, bir çox qazinin problemləri həllini tapmayıb. Müharibədən qayıtdıqdan sonra sağlamlıq vəziyyətinə görə işsiz qalan, əlillik dərəcəsi ala bilməyən, psixoloji dəstək görməyən qazilər arasında narazılıqları artırır. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 36 nəfər qazi müxtəlif səbəblərdən intihar edib. Yazılanlara görə, onların bir çoxu üzləşdiyi haqsızlıqlara, məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər. Bəzi qəhrəmanlarımız isə öncədən hər hansı narazılıq bildirmədən – ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bütün hallarda – səbəbindən asılı olmayaraq postmüharibə dövründə 36 qazinin intihar etməsi son dərəcə ağır hadisədir. Azərbaycan Vətən Savaşını qələbə ilə başa vurub və bütün xalqımızın bir yumruğa çevrildiyi bu zamanda qazilərimizin rolu müstəsnadır. Onların problemlərinin həlli üçün çalışmaq hər bir vətəndaşın borcudur. Səlahiyyət sahibi olan məmurlar isə birbaşa bu işə məsuldurlar və məsuliyyətlərini dərk etməlidirlər.

 

Vətəndaş Həmrəyliyi Partiyası olaraq qazi intiharlarının yaradan səbəblərin dərhal dayandırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini və bu vaxtadək baş verən intiharların hərtərəfli araşdırılaraq səbəbkarların cəzalandırılması verilməsini tələb edirik.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020