"Qarabağ"ın "Sürix"lə oyununun vaxtı və məkanı dəqiqləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
"Qarabağ"ın "Sürix"lə oyununun vaxtı və məkanı dəqiqləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Futbol Üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu "Qarabağ" FK-ının bu mərhələdə keçirəcəyi oyunların vaxtı və məkanı dəqiqləşib. Qeyd edək ki, Baş məşqçisi Qurban Qurbanov olan Azərbaycan çempionu bu mərhələdə İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 19-da saat 20:00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda başlanacaq. Cavab oyunu isə iyulun 27-də saat 21:00-da Sürixdəki "Lettsiqrund" stadionunda start götürəcək.
Xatırladaq ki, Azərbaycan çempionu adını daşıyan Ağdam təmsilçisi sözügedən turnirin birinci təsnifat mərhələsində Polşa çempionu Lex"lə qarşılaşıb. Polşada keçirilən ilk oyunda 1:0 hesabı ilə uduzan "Qarabağ" doğma divarlar arasında keçirilən cavab matçında darmadağın hesablı qələbə qazanıb - 5:1. İki oyunun ümumi nəticəsinə (5:2) görə "Qarabağ" mərhələ adlayan komanda olub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


