Məmmədyarov "Road to Miami" də 6-cıdır -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov "Road to Miami" də 6-cıdır -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov "Road to Miami" də 6-cıdır -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Rəcəbovsa turniri tərk edib

 

Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsenin (Norveç) təşəbbüsü ilə keçirilən azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmməyarovla Teymur Rəcəbovun da qatıldığı Çempionun Şahmat Turu seriyasının "Road to Miami" mərhələsi davam edir. Xatırladaq ki, həmyerlilərimizlə birlikdə Yan-Kşiştof Duda (Polşa, 2808), Rixard Rapport (Macarıstan, 2802), Vey İy (Çin, 2752), erməni Levon Aronyan (ABŞ, 2728), Lenyer Dominqes (ABŞ, 2726), Cefferi Şonq (ABŞ, 2725), Aniş Qiri (Hollandiya, 2721), Radoslav Vayoşek (Polşa, 2636), Sem Şenklend (ABŞ, 2616), Tszyuy Ventszyun (Çin, 2610), Samvel Seryan (ABŞ, 2569), Arcun Eriqaysi (Hindistan, 2450), Aryan Tari (Norveç, 2531) və Xans Nimanın (ABŞ, 2529) da qatıldığı və ilk mərhələsi dairəvi sistem üzrə keçirilməklə 15 turdan ibarət olan tunirdə artıq ilk 12 tur geridə qalıb. Həmyerlilərimizdən biri - Teymur Rəcəbov xəstələndiyi üçün turniri yarımçıq tərk edib. Ondan fərqli olaraq, Məmmədyarov topladığı 18 xalla yarış cədvəlində 6-cıdır. Bir məqamı da qeyd edək ki, ilk 15 turdan sonra birinci mərhələ başa çatacaq və 1-8-ci yerləri tutanlar mübarizəni pley-offdan (14 final) davam etdirəcəklər.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020