Məmmədyarov özündən zəiflərə uduzaraq "Road to Miami"də mübarizəni dayandırıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Məmmədyarov özündən zəiflərə uduzaraq "Road to Miami"də mübarizəni dayandırıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsenin (Norveç) təşəbbüsü ilə onlayn formatda keçirilən və həmyerlilərimiz Teymur Rəcəbovla (2747) Şəhriyar Məmmədyarovun (2699) da qatıldığı "Çempionun Şahmat Turu" seriyasının "Road to Miami" mərhələsi davam edir. Həmyerlilərimizlə yanaşı, Yan-Kşiştof Duda (Polşa, 2808), Rixard Rapport (Macarıstan, 2802), Vey İy (Çin, 2752), erməni Levon Aronyan (ABŞ, 2728), Lenyer Dominqes (ABŞ, 2726), Cefferi Şonq (ABŞ, 2725), Aniş Qiri (Hollandiya, 2721), Radoslav Vayoşek (Polşa, 2636), Sem Şenklend (ABŞ, 2616), Tszyuy Ventszyun (Çin, 2610), Samvel Sevyan (ABŞ, 2569), Arcun Eriqaysi (Hindistan, 2450), Aryan Tari (Norveç, 2531) və Xans Nimanın (ABŞ, 2529) da qatıldığı bu yarışın 15 turdan ibarət birinci mərhələsi başa çatıb. Turnirin reqlamentinə görə, 15 turdan sonra 16 şahmatçı arasında ilk 8 yeri tutan şahmatçı mübarizəni pley-offda (14 final) davam etdirir. Təəssüflər olsun ki, azərbaycanlı qrossmeysterlərin hər ikisi pley-offdan kənarda qalıb. Xatırladaq ki, həmyerlilərimizdən Teymur Rəcəbov ilk 4 turdan sonra xəstələndiyi üçün turniri yarımçıq tərk etmişdi. Lakin onun ardından Məmmədyarov da turnirlə erkən vidalaşıb. Qeyd edək ki, ilk 12 turdan sonra 18 xalla 6-cı pillədə yer alan Məmədyarov son 3 turda (13-15-ci turlar) məğlubiyyətlə üzləşdiyi üçün 10-cu pilləyə düşüb və bununla da mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Yeri gəlmişkən son 3 turda Məmmədyarovun uduzduğu şahmatçılardan Cefferi Şonq (ABŞ) reytinq göstəricisinə görə Məmmədyarovdan güclü olsa da, Aryan Tari (Norveç) ilə Samvel Sevyan (ABŞ) ondan zəif olub. Amma ...
İlk 15 turdan sonra turnir cədvəli: 1. Sevyan - 32 xal; 2. Eriqaysi - 31; 3. Duda - 28; 4. Rapport - 277; 5-6. Şonq. Qiri - hərəyə 24; 7. Aronyan - 22; 8. Vey Yi - 19; 9. Tari - 18; 10-11. Məmmədyarov, Voytaşek - hərəyə 18; 12. Dominqes - 17; 13. Tstzyu - 16; 14. Nimann - 14; 15. Şenklend - 13; 16. Rəcəbov -/- .
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


