23 yaşlı cüdoçuların ölkə çempionatının ikinci günündə kimlər fərqləniblər? -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
23 yaşlı cüdoçuların ölkə çempionatının ikinci günündə kimlər fərqləniblər? -İNTİQAM təqdim edir (AZpress.AZ)
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki Sağlamlıq İdman Kompleksində 23 yaşlı (U-23) cüdoçuların Azərbaycan çempionatı keçirilir. Yarışların ikinci günü 66 və 90 kq-da kişilər, 52 və 70 kq-da isə zərif cinsdən olan tatami ustaları mübarizə aparıblar. Bu 4 çəkidə 97 kişi və 20 qadın cüdoçu tatamiyə çıxıb. 60 kq-da olan kişilərin yarışında çempion adını Sabir İsmayılov (Neftçi İdman Klubu) qazanıb. Kamran Süleymanovun ("Təhsil" Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi) ikinci olduğu bu çəki dərəcəsində Samir Piriyevla (Atilla İdman Klubu) Hüseyn Manafov (Daxili İşlər Nazirliyini İdman Cəmiyyəti) cütlüyü isə üçüncü yeri tutub.
-90 kq-da İbrahim Ağakişiyev (Abbasov Top komanda) birinci, Murad Mustafazadə (Daxili İşlər Nazirliyini İdman Cəmiyyəti) ikinci, Bəxtiyar Məmmədovla (Atilla İdman Klubu) ldar İbrahimovsa ("Neftçi" İdman Klubu, Sumqayıt şəhəri) üçüncü yerin sahibi olub.
Qadınlara gəlincə, 52 kq-da qalib adını Xədicə Qadaşova (Atilla İdman Klubu) qazanıb. Vüsalə Kərimovanın (Azərbaycan Cüdo Federasiyası) ikinci yeri tutduğu bu çəkidə Ülviyyə Bayramova (Neftçi İdman Klubu) və Zəhra Xalitzadə (Neftçi İdman Klubu) cütlüyü isə ilk üçlüyü tamamlayıb.
-70 kq.-da güləşən qadınlar arasında Pərvanə Abdullayeva (Yevlax rayonu) çempion olub. Onun finalda məğlub etdiyi Zeynəbxanım Əsadova ("Məhsul" Könüllü İdman Cəmiyyəti) ikinci yeri tutub. Fidan Tarıverdiyeva (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Sumqayıt şəhəri) isə bu çəkinin bürünc medalçısı olub.
Yarışın bu günə təsadüf edən sonuncu günündə isə kişilər -73 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar isə -57 kq., -78 kq. və +78 kq. çəkidə medallar uğrunda mübarizə aparacaqlar. Bu gün ümumilikdə 119 idmançı tatamiyə çıxacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



