Lənkəran teatrında gənc aktyorlar üçün ustad dərsləri keçirilib -AZpress.AZ, Ağaddin Babayev+FOTO=5

Lənkəran teatrında gənc aktyorlar üçün ustad dərsləri keçirilib-AZpress.AZ, Ağaddin Babayev+FOTO=5 

 

İyulun 13-dən 15-ə kimi Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün 3 günlük ustad dərsləri keçirilib. AZpress.AZ xəbər verir ki, “Stanislavski sisteminin psixofizik etapları” mövzusunda reallaşan məğələləri Boris Şukin adına Moskva Teatr Akademiyasının məzunu, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı aparıb.

 

Məşğələlərdə əsasən diqqətin aktyor texnikasında önəmi, əzələ sərbəstliyi, fantaziya və təxəyyül, təklif olunmuş vəziyyət, fiziki əhval-ruhiyyə, əşyaya, partnyora və məkana qarşı münasibətlərin dəyişməsi, məqsədə çatmaq üçün görülən əməl və s. barədə ətraflı məlumat verilib, eyni zamanda aktyor sənəti üçün vacib olan digər məsələlərdən danışılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020