Yığmamız AÇ-yə uğursuz başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yığmamız AÇ-yə uğursuz başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə 15 yaşlı (U-15) güləşçilərin Avropa çempionatına start verilib. Çempionatın ilk günü zərif cinsdən olan güləşçilər döşək üzərinə çıxıblar. Ölkəmizi Əsra Məmmədli (50 kq) və Sofiya Rüstəm (58 kq) cütlüyü təmsil edib. Təəssüflər olsun hər iki təmsilçimiz elə startdaca məğlubiyyətlə üzləşərək çempionatla erkən və əliboş vidalaşıb. Çempionatda sabah da qızlar güləşəcəklər. Amma ölkəmiz sabah qızların yarışında təmsil olunmayacaq. Cünki komandamız çempionata yalnız iki qız güləşçi ilə getmişdi.
Sabah sərbəst güləşçilər də mübarizəyə başlayacaqlar. Qızların yarışından fərqli olaraq, sərbəst güləş yarışında idmançılarımız iştirak edəcəklər. 18-19 iyulda isə yunan-Romaçılar meydana çıxacaqlar.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)