Dənizə doğru (AZpress.AZ, İ.Rüstəm, +FOTO=48)

Dənizə doğru (AZpress.AZ, İ.Rüstəm, +FOTO=48)

 Dənizə doğru

 

Iyulun 16 - da Azərbaycan Xəzər Dəniz Gəmiçilik Qapalı Səhmdar Cəmiyyətinin Suraxanı Gəmi Muzeyinin və Çağ Art Platformun birgə təşkilatçılığı ilə “Dənizə doğru” adlı rəssamların qrup sərgisi açılmışdır.

Fərqli məkan və yeni konteksdə təqdim olunan sərgidə 28 rəssamın əlliyə yaxın rəsm əsəri nümayiş olunmuşdur.

Sərginin açılışını dünyada ilk tanker muzey olan Suraxanı- Gəmi muzeyinin direktoru Tural İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, tanınmış muzeyşünas Azadə Hüseynova etmişdir. Çıxışı zamanı Qalib Qasımov bildirdi ki, belə bir təşəbbüsün irəli sürülməsi və belə bir ideyanın gerçəkləşməsini gənclərimizin rəssamlıq sənətinin tanıdılması istiqamətində orijinal düşüncəsinin və unikal yanaşmasının nəticəsi kimi hesab etmək olar. Rəssamlar üçün belə bir platformanı və imkanı yaratdıqları üçün Azərbaycan Xəzər Dəniz Gəmiçilik Qapalı Səhmdar Cəmiyyəti və Suraxanı- Gəmi muzeyinə təşəkkürünü bildirdi.

Eldar Qurbanov, Vüqar Əli, Mirazər Abdullayev, Nazim Yunusov, Anar Hüseynzadə, Aqil Həşimov, Sahib Yaqubov, Rafael Əliyev, Səbinə Əliyeva, Məmməd Rəşidov kimi bir çox tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş olunduğu sərgidə səmanı, dənizi və bu dənizdə üzən gəmilərin lövbər saldığı limanı təsvir etdikləri marina janrlı əsərləri sərgilənir. Onu da qeyd edək ki, sərgi iki gün davam edəcək.

Ziyarət Cabarova

( Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyi üzrə prezident təqaüdçüsü)

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020