Müşketyorlarımız dünya çempionatında -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Müşketyorlarımız dünya çempionatında -İNTİQAM təqdim edir (AZpress.AZ)
Misirin paytaxtı Qahirədə kişi və qadınlar arasında qılıncoynatma (sablya. şpaqa və rapira) üzrə dünya çempionatı keçirilir. Azərbaycan bu çempionatda qadınların sablya, kişilərin şpaqa yarışında təmsil olunur. Sablyada qadın yığmamızın lideri Anna Başta. Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova dördlüyü, şpaqada isə Barat Quliyev, Kənan Əliyev və Ruslan Həsənov triosu təmsil edir. Mundialda artıq qrup yarışları başa çatıb. Sablyaçılarımızdan Başta, Kərimova və Bünyatova, rapiraçılarımızdan iaə yalnız Quliyev qrup mərhələni aşaraq 132 finaldan (pley-off) mübarizəni davam etdirməık hüququ qazanıb. Sablyaçılarımız mübarizəni iyulun 20-də. Quliyevsə 19-da davam etdirəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)