Mahir Süleymanov: "ZƏFƏR" KUBOKUNU GÜCLÜ QAZANSIN!

Mahir Süleymanov: "ZƏFƏR" KUBOKUNU GÜCLÜ QAZANSIN!

Mahir Süleymanov: "ZƏFƏR" KUBOKUNU GÜCLÜ QAZANSIN! 

 

İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə jurnalistlər arasında keçirilən “Zəfər” kuboku uğrunda voleybol turniri bir daha göstərdi ki, müharibə veteranlarından ibarət “Suqovuşan” futbolda olduğu kimi, bu yarışda da yarımfinal komandasıdır. Döyüşçü kimi Şuşanı erməni işğalçılardan azad etmiş cəsur Daşqın Əzizimizlə voleybolçu Daşqın Əziz arasında yer-göy qədər fərq olduğunu da gördük. Özü də etiraf etdi ki, Şuşa uğrunda döyüşmək yarımfinal oyununa yaxşı hazırlaşmış “Şuşa” komandasına qarşı oynamaqdan qat-qat asan imiş...

 

“Şuşa”nı layiqli qələbə münasibətilə təbrik edir, “Kəlbəcər”lə final oyununda hər iki komandaya uğurlar arzulayırıq. Qoy güclü qalib gəlsin!

 

Biz isə hətta uduzduğumuz oyunda da özümüzü qalib sayırıq. Çünki belə tədbirlərdə iştirakımızın əsas məqsədi jurnalistikamızın nüfuzunun artırılması, qələm yoldaşlarımızla həmrəylik, sağlamlıq, vətənpərvərliyin və idmanın təbliğidir.

 

Jurnalist-müharibə veteranlarına göstərdiyi xüsusi hörmət və diqqətinə görə İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədova, sponsorlara, yarışların təşkilində zəhməti olan hər bir kəsə komandamız adından minnətdarlığımızı bildiririk.

 

ŞƏKİLLƏRDƏ: veteran-jurnalistlərdən ibarət “Suqovuşan” komandası “Şuşa” ilə oyundan əvvəl, oyun zamanı və oyundan sonra.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020