Azərbaycan Zaqreb Qran-Prisində bir dəst medalla 7-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan Zaqreb Qran-Prisində bir dəst medalla 7-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan Zaqreb Qran-Prisində bir dəst medalla 7-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi Qran-Priyə yekun vurulub. Aktivinə bir dəst (1-1-1) medal yazdıran Azərbaycan yığması İtaliya, Monqolıstan, Cənubi Koreya, Braziliya, Almaniya və bu kimi bir sıra komandaları geridə qoymaqla medal sıralanmasında 7-ci yeri tutub. İlk üç yeri isə Hollandiya (2-0-2), Yaponiya (2-0-2) və Kanada (2-0-0) tutub. Gürcüstan (1-2-2) 4-cü, İzrail (1-1-1) 5-ci, Fransa (1-1-1) 6-cı olub.

 

Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Mollai (81 kql gümüş, Uşanqi Kokuari (+100 kq) isə bürünc medal qazanıb. Ümumiyyətlə kişilərdən ibarət komandamız bu göstərici ilə Hollandiya (2-0-1) və Gürcüstandan (1-1-2) sonra üçüncü olub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020