Yeddi "klassikimiz" AÇ-nın finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yeddi "klassikimiz" AÇ-nın finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Xorvatiyanın paytaxtı Zaqrebdə 15 yaşlı (U-15) güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir. Azərbaycan komandasının dübüt etdiyi bu çempionatda qızlarla sərbəst güləşçilərin ardından yunqn-Romaçılar ("klassiklər") mübarizəyə qatılıblar. Qeyd edək ki, mübarizəyə qatılan 13 "klassikimiz"dən 7-si daha uğurla çıxış edərək finala yüksəlib. Bu isə ən azından onların gümüş medalı özlərinə təmin etməsi deməkdir. Finala yüksələınlər arasında güləşçilərimizdən Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Seyid Nağızadə (48 kq), Nicat Cavadov (52 kq), Yusif Əhmədli (57 kq), Emil Abdullayev (62 kq) və Orxan Hacıyev (75 kq) yer alıb. Daha 3 güləşçimiz - Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq) və Elnur Hüseynov (68 kq) bürünc medal uğrunda güləşəcək. Həm final, həm də üçüncülük uğrunda görüşlər sabah keçiriləcək.
Bu gün isə sərbəst güləşçilərimiz çempionluq və üçüncülük uğrunda son həlledici görüşlırinə çıxacaqlar. Məhərrəm Rzayev (38 kq). Rəvan Rəhimli (48 kq). Səid Paşayev (85 kq) və eləcə də Həsən Həsənovla Cəfər Cəfərov (hər ikisi 41 kq) çempionluq finalında, Kamal Əhmədov (38 kq). Hüseyn Hüseynov (52 kq), Maqonmed Abaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) isə kiçik finalda bürünc medal əldə etmək üçün güləşəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)