Krımdan gələn qonaq Çingiz Abdullayevlə görüşmüşdür +FOTO=5

Krımdan gələn qonaq Çingiz Abdullayevlə görüşmüşdür 

 

Bir neçə gündür Bakıda qonaq olan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) Krım şöbəsinin rəhbəri Natalya Postemskaya dünən Azərbaycan Yazıçılar Birliyinin Birinci Katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüşmüşdür. Natalya xanım Çingiz Abdullayevin fanatı olduğunu və Çingiz müəllimlə görüşməyin həyatındakı arzularından biri olduğunu bildirmişdir. O, BƏC İB-in sədri Tahir Xudiyevlə məsləhətləşərək Krımda dünyaşöhrətli yazıçının oxucuları ilə görüş keçirmək niyyətində olduğunu, lakin məlum müharibənin buna imkan vermədiyindən təəssüf hissi keçiridiyini söylədi. Buna baxmayaraq gələcəkdə münasib bir vaxtda Krımda görüşün keçirilməsi məsələsi öz qüvvəsində qalır.
Görüşdə BƏC İB-in sədri Tahir Xudiyev də iştirak etmişdir.
Çingiz Abdullayev bu görüşdən məmnun olduğunu bildirmiş və öz imzası ilə Natalya xanıma iki kitabını hədiyyə etmişdir.


Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən
19.07.2022
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020