Ağalı kəndinin sakinləri xərclərdən azad ediləcək? -RƏSMİ

Ağalı kəndinin sakinləri xərclərdən azad ediləcək?  -RƏSMİ

 

İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə 10 ailə köçürülüb. Ümumillikdə isə 40 ailənin Ağalıya köçü planlaşdırılır.

Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərə köçürülənlər 3 il müddətinə sosial yardım paketlərindən yararlana biləcəklər.

Bəs, ağalıların adaptasiya müddətində müəyyən çətinlikləri nəzərə alınaraq, kommunal xərclərdən azad edilməsi gözlənilirmi?

Məsələ ilə Ağalı kənd icra nümayəndəsi Gəray Hüseynov Modern.az-a danışıb.

G.Hüseynov bildirib ki, köç başa çatdıqdan sonra məsələ ilə bağlı danışıqlar aparılacaq:

“Hazırda Ağalı işıq və su ilə tam təhciz olunub. Ağalılar da, biz də ümid edirik ki, dövlətimiz kommunal xidmətlərlə bağlı 40 ailəyə güzəştlər edəcək”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020