Yunan-Roma üzrə U-15 yığmamız 12 medalla Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yunan-Roma üzrə U-15 yığmamız 12 medalla Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Xorvatiyanın paytaxtı Zaqrebdə 15 yaşlılar (U-15) arasında güləş üzrə (hər üç növdə) keçirilən Avropa çempionatına yanan-Romaçıların ("klassiklər") çıxışı ilə yekun vurulub. Maraqlıdır ki, çempionat sərbəst güləşçilərimiz kimi, "klassiklərimiz" üçün də uğurlu olub. Belə ki, 4-ü qızıl, 3-ü gümüş və 5-i bürünc əyarlı olmaqla ümumilikdə 12 medal qazanan və 205 xal toplayan Azərbaycan yığması ən yaxın təqibçisi olan Türkiyəni belə 76 xal geridə qoymaqla Avropanın birincisi adını özünə təmin edib. Bu göstərici yığmamız üçün tarixində ilk dəfə qatılan Avropa çempionatında rekord hesab olunur.

 

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bütün görüşlərini qələbə ilə başa vuran və qitə çempionu adını qazanan Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) qızıl medalın sahibi olub. Yalnız həlledici finalda büdrəyən Səid Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq), və Orxan Hacıyev (75 kq) triosu gümüş, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə bürünc medal qazanıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020