Kişi voleybol yığmamız AÇ-2023-ün seçmələrinə Danimarkaya qarşı oyunla başlayacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi voleybolçular arasında keçiriləcək Avro-2023-ün secmə qrup oyunlarının təqvimi müəyyənləşib. Danimarka və Türkiyə millisi ilə birlikdə seçmə mərhələnin A qrupunda yer alan Azərbaycan yığması ilk matçını avqustun 3-də doğma divarlar arasında keçirəcək. Rəqib isə Danimarka olacaq. Avqustun 6-da isə yığmamız öz meydanında Türkiyənin ay-ulduzlu komandasını qəbul edəcək. Daha sonra yığmamız səfərdə cavab oyunlarına çıxacaq. Avqustun 17-də Türkiyinin, 20-də Danimarkanın qonağı olacaq.
Qeyd edək ki, yığmamız hazırda AÇ-2023-ün seçmələrinə və İslamiada-2022-yə hazırlıq prosesini Bakıda davam etdirir. Pərviz Səmədovun yetirmələri Bakıda səfərdə olan Belarus və Mərakeş millisiylə yoxlama görüşünə də cıxacaq. Oyunlar 21 və 22 iyul günlərində keçiriləcək.

İNTİQAM Məmmədov
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020