Teymur Rəcəbov Ümumdünya Şahmat Olimpiadasına qatılmayacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Teymur Rəcəbov Ümumdünya Şahmat Olimpiadasına qatılmayacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
İyulun 28-də Hindistanın Çennae şəhərində kişi və qadın komandaların iştirakı ilə növbəti Ümumdünya Şahmat Olimpiadasına start veriləcək. Bu Olimpiadada Azərbaycan həm kişilərin, həm də qadınların yarışında təmsil olunacaq. Bu arada Azərbaycanın kişi komandasının heyətində dəyişiklik olub. Reytinq göstəricisinə görə hazırda ölkənin bir nömrəli şahmatçısı hesab edilən Teymur Rəcəbov rəsmi olaraq, Olimpiadaya qatılmayacağını bildirib. Buna səbəb isə onun səhətində problemin ortaya çıxması olub. Xatırladaq ki, Rəcəbov hələ iyulun 12-də "Road to Miami" turnirinin 6-cı turundan sonra xəstələndiyi üçün turniri yarımçıq tərk etmişdir. İndi isə o, Olimpiadada Azərbaycan yığmasına kömək edə bilməyəcəyini elan edib. Bununla da Azərbaycan Olimpiadaya özünün bir nömrəli oyunçusu olmadan qatılacaq. Heyət belədir: Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abbasov. Xatırladaq ki, Teymurun heyətdən çıxması avtomatiq olaraq Azərbaycanın reytinq vəziyyətinə təsir edib. Belə ki, Teymurla birlikdə reytinq göstəricisinə görə iştirakçılar arasında 2-ci olan Azərbaycan Teymursuz dərhal 6-cı pilləyə düşüb. Yəqin ki, Azərbaycan üçün Olimpiadada medallar uğrunda mübarizə aparmaq çətin olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)