Odina Əliyeva: "Tam formamı yığmağa çalışıram" -İNTİQAM təqdim edir (AZpress.AZ)

Odina Əliyeva: "Tam formamı yığmağa çalışıram" -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanın qadın voleybol yığması hazırda baş məşqçi Eldar Yusubovun rəhbərliyi altında Mariborda (Sloveniya) təlim-məşq toplanışını (TMT) davam etdirir. Toplanış qarşıdakı İslamiada-2022-yə və Avro-2023-ün təsnifat mərhələsinə hazırlıq xarateri daşıyır. Bu arada millimizin kapitanı Odina Əliyeva Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına hazırlıqla bağlı açıqlama verib.

 

"İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. İyulun 1-dən etibarən mən də millimizin məşqlərinə qoşulmuşam. Məşqlərə başladığım gündən etibarən tam formamı yığmağa çalışıram. Komandamızda yüksək əhval-ruhiyyə var" deyən kapitanımız sıhbətini çelə davam etdirir:

 

"Hazırda Sloveniyada təlim-məşqlərimiz davam edir və burada yerli yığma komanda ilə bir neçə yoxlama matçı da keçirəcəyik. Bu ayın sonunadək Mariborda hazırlığımız davam edəcək. Ardınca Bakıya qayıdacaq və avqustun 5-də Türkiyəyə yola düşəcəyik".

 

Odina Əliyeva sonda isə komandanın həm İslam Oyunlarında, həm də AÇ-2023-ün təsnifat mərhələsində qarşısına qoylan məqsədə çatacağına inandığını da dilə gətirib: "İnanıram ki, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020