Məmmədyarov yenə də 3 oyundan 3 xal toplayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov yenə də 3 oyundan 3 xal toplayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Xorvatiyanın paytaxtı Zaqrebdə şahmat üzrə keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla 10 zəka sahibinin mübarizə apardığı "Grand Chess Tour"un 3-cü mərhələsində rapid yarışları davam edir. Mükafat fondu 150 min dollar təşkil edən və dairəıvi sistem üzrə keçirilməklə 9 turdan ibarət olan turnirdə dünən daha 3 turun partiyaları oynanıb. İlk üç turda olduğu kimi, Məmmədyarov bu dəfə də oyunun birini udub, birini heç-heçə edib, birinisə uduzmaqla yenə də 3 xal toplayıb. Bu siə ona 6 xalla 10 şahmatçı arasında 6-cı olmaq imkanı verib. Xatırladaq ki, dünən keçirilən turlarda Veselin Topalovla (Bolqarıstan) sülh bağlayıb dünya çempionu Maqnus Karlseni (Norveç) mat qoyan Məmmədyarov Fransa təmsilçisi Əlireza Firuzcaya uduzub.

 

Xatırladaq ki, bu kün baş tutacaq daha 3 turla rapid yarışına yekun vurulacaq. Qalan 3 turda Məmmədyarov müvafiq ardıcıllıala Maksim Vaşye-Laqrav (Fransa), Linyer Dominqes (ABŞ) və Uesli So (ABŞ) ilə qarşılaşacaq. Sabah isə şahmatçılar özlərini blits turnirdə sınayacaqlar. Blits turnir isə dairəvi sistem üzrə keçirilməklə yanaşı, həm də iki dövrədən ibarət olacaq. İki turnirin ümumi nəticəsinə görə isə qalib aşkarlanacaq və ona 40 min dollar mükafat veriləcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020