DSX əməliyyat keçirdi: SAXLANILANLAR VAR

DSX əməliyyat keçirdi: SAXLANILANLAR VAR

 

Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.

 

DSX-dən verilən xəbərə görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə giz­lədilmiş 4 bağlama aşkar olunub.

 

Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət mar­şrut­ları nəzarətə götü­rülmüş, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olun­muşdur. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.

 

Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılmış, işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müd­dət­dən artıq hərbi qulluqçuları olmaları müəyyən edil­miş­dir. Fakt üzrə həyata keçirilmiş təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşlikatçısı olan Azərbaycan Respublikasının vətəndaşı Bərdə rayon sakini 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

 

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram “marixuana”, 7 kq 600 qram “heroin”, 400 qram “metamfetamin”)və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb)bənzər maddələrin olması müəyyənləşdirilib.

 

Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respubli­kasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020