Qadın voleybol yığmamız Sloveniya millisini məğlub edib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın voleybol yığmamız Sloveniya millisini məğlub edib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycanın qadın voleybol komandası baş məşqçi Eldar Yusubovun rəhbərliyi altında hazırda Mariborda (Sloveniya) təlm-məşq toplanışını (TMT) davam etdirir. Dünən yığmamız yerli komanda ilə ilk yoxlama matçını keçrib. Görüş Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb - 1:3 (25:22, 18:25, 23:25, 19:25). Azərbaycan Voleybol Federasiyasından verilən məluamata görə, yığmamızın Maribor toplanışı iyulun 31-də başa çatacaq. Bu müddət ərzində yığmamız daha bir neçə yoxlama matçında özünü sınayacaq.
Qeyd edək ki, Maribor toplanışı qarşıdakı İslam Həmrəyliyi Oyunlarına və AVRO-2023-ün təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır. Yeri gəlmişkən, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)