"Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək" -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək" -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu sözlərin müəllifi hazırda Mariborda (Sloveniya) təlim-məşq toplanışında olan qadın voleybol yığmamızın üzvü Yelizaveta Rubandır. Qeyd edək ki, millimiz yerli komandayla ilk yoxlama matçını keçirdikdən sonra Ruban Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına maraqlı açıqlama verib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

 

"Ailə problemlərim olduğu üçün millinin məşqlərinə bir az gec qoşuldum. Hər birimizin şəxsi həyatımız, ailəmiz, övladımız var və müəyyən çətinliklərimiz olur. Amma məsələ milli komanda olduğu zaman mən ailəmin, yaxınlarımın və komandamın dəstəyini hiss etdim. Onların köməyi ilə bu gün millimizin düşərgəsindəyəm və buna çox şadam. Komandamızın düşərgəsinə qoşulmazdan əvvəl özüm fərdi şəkildə məşqlər edirdim ki, formamı qoruyub saxlayım. Ona görə də bu gün toplanışda çox çətinlik çəkmirəm" - deyən voleybolçu millinin düşərgəsindəki ab-havadan da söz açıb.

 

"Millidə gözəl ab-hava var. Məşqçilər və oyunçular arasında əsl komanda ruhu hiss olunur. Hər birimiz İslamiadanın və Avropa çempionatının təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirik. Buna görə də məşqlərdə bütün gücümüzlə çalışırıq. Hazırda Sloveniyada təlim-məşq toplanışımız davam edir və dünən yerli yığma komandaya qarşı ilk yoxlama matçımız oldu. Bir neçə yoxlama görüşü də keçirəcəyik. Baş məşqçimiz bu yoxlama oyunlarında hər birimizə oynamaq şansı verir və bundan sonra əsas heyət müəyyən olunacaq. Buna görə də biz çalışırıq ki, bu sınaqlarda maksimum yaxşı oyun göstərək" - deyən Ruban onları qarşıda gözləyən hər iki yarışda yüksək nəticə əldə edəcəklərinə inandığını da gizlətməyib: "İslam Həmrəyliyi Oyunlarında və AVRO-2023-ün təsnifat oyunlarında rəqiblərimizi tanıyırıq. Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək. Meydanda rəqibimizin güclü və ya zəif olmasına baxmayaraq öz oyunumuzu səhvsiz oynamalıqİnanıram ki, biz hər iki yarışdan vətənə qələbə ilə dönəcəyik".

 

Biz də "AZpress.AZ" olaraq yığmamıza hər iki məsul yarışda uğurlar diləyirik.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020