U-18 yığmamız Avropa çempionatına qələbəylə başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
U-18 yığmamız Avropa çempionatına qələbəylə başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün San-Marinoda Azərbaycan da daxil olmaqla kiçik ölkələr arasında 18 yaşlı (U-18) basketbolçuların Avropa çempionatının C divuizionuna start verilib. 10 komandanın iki qrupda mübarizə apardığı çempionatın B qrupunda yer alan Azərbaycan yığması ilk oyunu Lüksemburqa qarşı keçirib. Maraqlıdır ki, yığmamız çempionatdan öncə keçirilən sorğuya əsasən iştirakçılar arasında favorit hesab edilən Lüksemburqu məğlub etməyi bacarıb - 75:71.
Xatırladaq ki, yığmamız Avropa çempionatına Roderik Anderson, Nicat Nəsirov, Səid İsmayılov, Varid Ağazadə, Əli Həsənov, Əlixan Mikayılzadə, Rəşid Abbasov, Azər Əzimov, İsmayıl Abdulla, Hüseyn Əsgərli, Tariel Yusifzadə, Hüseyn Qasımov, Müşviq Babayev, Əlibəy Məmmədli və Qriqoriy Şamaylovdan ibarət heyətlə qatılıb.
Azərbaycan komandası növbəti matçını sabah Cəbəllütariqə qarşı keçirəcək. Ertəsi gün Ermənistanla qarşılaşması nəzərdə tutulan U-18-imiz iyulun 28-də isə yer aldığı B qrupunda son matçını Moldovaya qarşı keçirəcək. Yeri gəlmişkən bu gün B qrupunda keçirilən digər oyunlarda Ermənistan Cəbəllütariqi (81:64), Lüksemburq isə Moldovanı (69:56) məğlub edib.
AÇ-nın A qrupunda isə Monako, Malta. Albaniya, Andorra və ev sahibi olan San-Marino cəmləşib. Çempionatın reqlamentinə görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinaldan mübarizəni davam etdirmək hüququ qazanmış olacaq.
Xatırladaq ki, Azərbaycanın U-18 komandası 2016-cı ildə analoji çempionatın qalibi olub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








