Çempionatın formatında dəyişiklik edilib - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Çempionatın formatında dəyişiklik edilib- İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan çimərlik voleybolu üzrə açıq ölkə çempionatında dəyişikliklər edilib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, iİştirakçıların istəyini və müraciətlərini nəzərə alaraq oyunlar iki gün davam edəcək. Bu səbəbdən də yarışa iyulun 29-da deyil, 1 gün tez start veriləcək.
Olimpiya sistemi ilə keçiriləcək çempionatda ilk gün təsnifat mərhələsinin oyunları olacaq. Ardınca qaliblər arasında yenidən püşkatma keçiriləcək və yarışa iyulun 29-da yekun vurulacaq.
Qeyd edək ki, 16 kişi, 15 qadın cütlüklərinin mübarizə aparacağı açıq Azərbaycan çempionatının oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək. Yarışın qaliblərinə medal, diplom və turnirin sponsorları tərəfindən hədiyyələr veriləcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


