Millimiz İslam Oyunlarına Türkiyədə hazırlaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Millimiz İslam Oyunlarına Türkiyədə hazırlaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Qadın güləşi üzrə millimiz bu gün Türkiyəyə yollanıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığmamız baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Niğdədə yerli komandayla birgə təlim-məşq toplanışı keçəcək. Konyada təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyan TMT avqustun 8-dək davam edəcək.
Türkiyə toplanışına yollanan komandanın heyətinə qadın yığmamızın əvəzedilməz lideri Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq), Leyla Qurbanova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq) və Gözəl Zutova (72 kq) cəlb edilib.
Komanda yola düşməzdən öncə Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və olimpiya çempionu Toğrul Əsgərov komandanın üzvləriylə görüşərək onlara məsul yarışda uğurlar arzulayıblar.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


