Baş məşqçi Pərviz Səmədov komandasına tam güvənmir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Baş məşqçi Pərviz Səmədov komandasına tam güvənmir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Baş məşqçi Pərviz Səmədov komandasına tam güvənmir  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Xəbər vediyimiz kimi, Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandası baş məşqçi Pərviz Səmədovun rəhbərliyi altında qarşıdakı Avropa çempionatının (Avro-2023) seçmə qru oyunlarına və Türkiyədə təşkil ediləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına (İslamiada-2022) hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışını davam etdirir. Bu arada komandanın çalışdırıcısı hazırlıqla bağlı Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına açıqlama verib.

 

- Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir. Mayda start verdiyimiz hazırlıq istədiyimiz kimi – plana uyğun gedir. İlk olaraq geniş heyətlə fiziki və texniki məşqlərimiz oldu. Ardınca isə yoxlama matçları oynadıq. Sınaq görüşlərindən razı qaldım. Keçirdiyimiz hər qarşılaşmada daha yaxşı oyun göstərə bildik. Bu gün oyunçularımız özlərinin ən yaxşı formalarındadırlar.

 

- Bir həftədən sonra AÇ-2023-ün seçmə qrup oyunları çərçivəsində rəsmi matçlarımıza çıxacağıq. Hazırda son məşqlərimizi edirik. Danimarka və ardınca Türkiyə millisi ilə qarşılaşacağıq. İlk oyunlarımızı Bakıda, doğma meydançada oynamağımız bizim üçün böyük üstünlükdür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bu matçlarda uğurlu çıxış edəcəyik.
Baş məşqçi Pərviz Səmədov komandasının qarşıdakı oyunlarda uğur qazanacağına tam əmin olmadığı üçün çıxışını eyhamla bitirib. Onun sözlərinə görə komanda öz oyununu göetərə bilərsə, onda nəticə də yaxşı olar:

 

- Düşünürəm ki, komandam öz oyununu göstərə bilsə, həm AVRO-2023-ün təsnifat mərhələsində, həm də İslamiadada yüksək nəticələr əldə edə bilərik.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020