Yığmamız Ermənistanı da udaraq qrup lideri olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamız Ermənistanı da udaraq qrup lideri olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamız Ermənistanı da udaraq qrup lideri olub  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

San-Marinoda kiçik ölkələr arasında 18 yaşlı (U-18) basketbolçuların Avropa çempionatının C divizinunda yarış davam edir. Azərbaycan yığması da daxil olmaqla 10 komandanın iştirakı ilə iki qrupda keçirilən çempionat davam edir. Çempionatın B qrupunda yer alan və ilk iki turda Lüksemburq və Cəbəllüttariqi müvafiq olaraq 75:71 və 115:60 hesabla məğlub edən Azərbaycan komandası bu gün isə 3-cü tur çərçivəsində Ermənistan komandasıyla qarşılaşıb. Olduqca prinsipial şəraitdə keçən bu qarşılaşma yığmamızın 11 xal üstünlüyü ilə başa çatıb - 76:65. Bu qələbədən sonra aktivindəki xalların sayını 6-ya çatdıran yığmamız qrupun vahid liderinə çevrilib.

 

Qeyd edək ki, Avropa çempionatına Roderik Anderson, Nicat Nəsirov, Səid İsmayılov, Varid Ağazadə, Əli Həsənov, Əlixan Mikayılzadə, Rəşid Abbasov, Azər Əzimov, İsmayıl Abdulla, Hüseyn Əsgərli, Tariel Yusifzadə, Hüseyn Qasımov, Müşviq Babayev, Əlibəy Məmmədli və Qriqoriy Şamaylovdan ibarət heyətlə qatılan yığmamız sabah 4-cü tur çərçivəsində Moldovaya qarşı son matçına çıxacaq.

 

Hazırda B qrupunda vəziyyət belədir: Azərbaycan – 6 xal (3 oyun), Lüksemburq – 5 (3), Moldova – 5 (3), Cəbəllütariq – 4 (4), Ermənistan – 4 (3).

 

Yeri gəlmişkən, A qrupunda isə Monako, Malta, San-Marino, Albaniya və Andora komandası mübarizə aparır. Reqlamentə görə qruplarda ilk iki yeri tutan komandalar çümpionluq uğrunda mübarizəni 12 finaldan davam etdirəcəklər.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020