IELTS İMTAHANINA ONLINE HAZIRLIQ SEMİNARLARI (AKADEMİK MODUL)
Bu xəbəri paylaş
IELTS İMTAHANINA ONLINE HAZIRLIQ SEMİNARLARI (AKADEMİK MODUL)
Tarix: 1-5 avqust
Başlanma tarixi: 19:00
Bitmə tarixi: 21:00
Son müraciət tarixi : 25 iyul
Müddət: 10 saat
Tədris: Zoom vasitəsilə onlayn
Ödəniş: 250 AZN
“İMPERIA ENGLISH AZERBAIAN” TƏRƏFİNDƏN ELAN EDILƏN 10 SAATLIQ IELTS SEMİNARLARI IMTAHANA HAZIRLAŞANLARIN İMTAHAN ÖNCƏSİ HƏDƏF BALININ TOPLANMASI MƏQSƏDİYLƏ EHTİYACLARININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ, TESTLƏRİN ƏHATƏ DAİRƏSİ, SUAL NÖVLƏRİ, TÖVSİYƏ OLUNAN STRATEGİYALAR VƏ IELTS İMTAHAN FORMATI İLƏ YAXINDAN TANIŞ OLMALARI ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞDUR.
Seminarlar testin tələblərinə uyğun hazırlanmış və namizədlərin istər güclü, istərsə də zəif cəhətlərinin ortaya çıxarılıb müəyyənləşdirilməsinə köklənmişdir. Belə ki, iştirakçıların imtahan üçün lazım olan oxu, yazı və dinləmə bacarıqlarını təkmilləşdirmə, “Writing” və “Speaking” bölmələrində imtahanı qəbul edən məsul şəxslərin daha çox nəyə diqqət yetirdiklərini bilmə, “Writing” və “Speaking” suallarına məzmuna uyğun necə düzgün cavab verməli olduqlarını öyrənmə şansları olacaqdır.
Hər bir seminar qarşılıqlı təcrübə mübadiləsi və birgə işləmək kimi praktik yanaşma və imkanlar əsasında qurulacaqdır.
IELTS seminarları iştirakçıların rahatlıqla təlimlərə qoşulması və iştirakı məqsədiylə “Zoom” platforması vasitəsilə onlayn təşkil ediləcəkdir.
Namizədlərin ingilis dili bilik səviyyələrinin “pre-intermediate” və ya ondan daha yüksək olması arzu olunandır.
Seminarların imtahandakı hər bir mövzuya uyğun xüsusi qrammatika və ya lüğət “tədrisinə” fokuslanmadığının, əsas diqqətin imtahan strategiyası və texnikalarına yönəldiyinin nəzərə alınması mütləqdir.
Təlim: 5 seminar
Seminar 1 (2 saat)
• IELTS Akademik Moduluna ümumi baxış.
• “Speaking Test”: qiymətləndirmə meyarlarının izahı, üç bölmə və praktiki məsləhətlər.
Seminar 2 (2 saat)
• “IELTS Writing Task 2”: sual növləri, qiymətləndirmə meyarlarının izahı, mətnin tərtibi və praktik məsləhətlər.
• “IELTS Listening Test (1)”: dörd bölmə və imtahan strategiyaları.
Seminar 3 (2 saat)
• “IELTS Writing Task 1”: lüğət və qrammatikanın çeşidliliyinə görə qiymətləndirmə meyarlarının izahı, təkliflər, qrafiklər, cədvəllər və diaqramlar
• “IELTS Listening Test (2)”: tələb edilən dinləmə bacarıqları.
Seminar 4 (2 saat)
• “IELTS Writing Task 1”: lüğət və grammatikanın çeşidliliyinə görə təkliflər, proseslər və xəritələr
• “IELTS Reading (1)”: üç bölmə, lazım olan oxu bacarıqları və praktiki məsləhətlər.
Seminar 5 (2 saat)
• IELTS Reading (2): sual növləri üçün strategiyalar.
• Öyrənilmiş biliklərin möhkəmləndirilməsi sessiyası (onlayn imtahan versiyası haqqında məlumat daxil olmaqla).
Hər bir seminarda əvvəlkinin qısa icmalına yer verilir
IELTS seminarlarının sonunda iştirakçılar:
• Akademik Modulu (kağız daşıyıcıda və ya onlayn versiyada) seçərkən bu sahədə məlumatlı və imtahana hazır olacaq;
• “Listening”, “Reading”, “Writing” və “Speaking” testlərinin formatı və məzmunu ilə yaxından tanış olacaq;
• IELTS imtahan balını artırmaq üçün lazım olan strategiya və üsullara yaxından bələd olacaq;
• Xüsusi diqqət yetirməli olduqları sahələri müəyyənləşdirəcək;
• İmtahandan əvvəl özlərini daha inamlı hiss edəcək, mövcud IELTS tədrisi saytları və YouTube kanalları haqqında məlumat əldə edəcəklər.
Qeydiyyat üçün keçid: https://forms.gle/Yyq8GKKbZZxBH5qw6
Təklif: IELTS imtahanını verməzdən əvvəl müraciətçilər bir neçə təcrübə testindən keçməli və vaxtın idarə edilməsini öyrənməlidir. Sınaq testləri, etibarlı veb səhifələr, YouTube kanalları və dərc edilmiş resurslar təklif ediləcəkdir. Müəllif hüquqları ilə nəşr olunan materiallar təqdmin edilmir. Fərdi dəstək və fəaliyyətlərinin qiymətləndirilməsi kimi köməkliklər göstərilmir.
Seminarların imtahandakı hər bir mövzuya uyğun xüsusi qrammatika və ya lüğət “tədrisinə”
fokuslanmadığının, əsas diqqətin imtahan strategiyası və texnikalarına yönəldiyinin nəzərə
alınması mütləqdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)