“BRITISH TESOL LEVEL 5 (CELTA)” SERTİFİKAT TƏLİMİ
Bu xəbəri paylaş
“BRITISH TESOL LEVEL 5 (CELTA)” SERTİFİKAT TƏLİMİ
Tarix: 1 - 5 sentyabr
Başlanma tarixi: 12:00
Bitmə tarixi: 18:00
Son müraciət tarixi: 20 avqust
Müddət: 30 saat
Tədris: Zoom vasitəsilə onlayn
Ödəniş: 1200 - 1500 AZN
BÖYÜK BRİTANİYANIN “BRİTİSH COUNCİL” TƏRƏFİNDƏN AKKREDİTƏ OLUNMUŞ “İMPERİAL ENGLİSH UNİTED KİNGDOM (İEUK)” ŞİRKƏTİNİN AZƏRBAYCAN ÜZRƏ YEGANƏ RƏSMİ TƏMSİLÇİSİ “İMPERİAL ENGLİSH AZERBAİJAN (İEAZ)” İNGİLİS DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN YENİ İNNOVATİV METODOLOGİYA VƏ YANAŞMALAR ƏSASINDA “BRİTANİYA TESOL LEVEL 5 (CELTA) SERTİFİKATI TƏLİMİ”-Nİ ELAN EDİR.
Britaniyanın “TESOL LEVEL 5 (CELTA)” təlim proqramı müəllimlərin ingilis dili fənninin tədrisi bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşmaların, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmışdır.
Hibrid öyrənmə (Zoom-da canlı seminarlar) və 5 modulun yer aldığı təlimin ümumi müddəti 30 saatdır (minimum):
Language Awareness & Skills - Dil məlumatlılığı və bacarıqlar
Materials Investigation - Məlumat araşdırılması
Teaching Skills (including Teaching Practice component) - Tədris bacarıqları (Tədris təcrübəsi komponentləri daxil)
Teaching in Different Circumstances - Müxtəlif şəraitlərdə tədris
Methods and Approaches - Metodlar və yanaşmalar
Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salguero, TESOL üzrə peşəkar müəllim-təlimçi xanım Əli Breen, Elm Departamenti direktoru və təcrübəli müəllim-təlimçi cənab Mett Kendrick, ingilis dili kurrikulumun tərtibçisi və təlim üzrə ekspert xanım Dani Helms tərəfindən keçiriləcəkdir.
Təlim proqramını uğurla başa vuran müdavimlər Böyük Britaniya Hökumətinin Tənzimlənən Mükafatlandırma Qurumu – “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” idarəsinin birbaşa rəhbərliyi ilə Böyük Britaniyanın Qərbi Midlends Açıq Kollec Şəbəkəsi tərəfindən Rəqəmsal e-sertifikat ilə təltif ediləcəklər.
Qiymətləndirilmə:
Hissə 1: Pedaqoji bacarıqlar nəzəriyyəsi və əlavə qiraət (qiymətləndirmə tapşırıqları və modul üzrə öyrənənin yazdığı esse ilə)
Hissə 2: 1700-2000 sözdən ibarət esse
Hissə 3: Tədris Təcrübəsi
• Hər sinifdə minimum 5 tələbəyə qədər minimum 90 dəqiqə (videoyazı qəbul edilir).
• Minimum 45 dəqiqə həmyaşıd müşahidələri
• Materialların hazırlanmasında iştirakçı bacarıqlarının sübutunu göstərən minimum 1 fəaliyyət
Sinif / şagird profili, dərs planı, dərsdə istifadə olunan materialların surəti və dərsin özünün əks etdirilməsi / qiymətləndirilməsi.
Qəbul tələbləri:
1. Müəllimlik təcrübəsi və ixtisası ~
Siz:
• son 2 il ərzində ən azı 380 saat ingilis dilini tədris etmək. (məşğulluq arayışları / və şəxsi bəyanat tələb olunur).
• minimum bakalavr diplomu və ya ekvivalenti / daha yuxarı səviyyə ali təhsil sənədi təqdim etməlisiz.
1. İngilis dili tələbləri ~
• ESOL Level 2 və ya IELTS 6.0 ekvivalenti
QEYDİYYAT
https://forms.gle/hpYFL6nYFrUPzMjw6
Praktik tədris məsləhətləri əldə edin və ixtisaslı Böyük Britaniya / Tərəfdaş təlimçiləri ilə dəyərli təcrübə mübadiləsi aparın.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)