Zakir İbrahimov 1-ci "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində yekun görüşünü keçirib

Zakir İbrahimov 1-ci "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində yekun görüşünü keçirib

Zakir İbrahimov 1-ci "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində yekun görüşünü keçirib 

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 1-ci“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən olan Nazim Novruzovla yekun görüşünü keçirib.

 

Görüşdə 11 aylıq fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, fəaliyyət planının nəticələri ətraflı müzakirə edilib. Nazim Novruzov proqram müddətindəmentorun karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, əldə edilən təcrübə və biliklərin şəxsi inkişafında və gələcək fəaliyyətində təsiredici rola malik olacağını qeyd edib.

 

Z.İbrahimov mentorluq proqramının uğurla başa çatması münasibətilə Nazim Novruzovu təbrik edib, qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. QSC-nin İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da sıx əməkdaşlıq edərək, təcrübəsini bölüşəcəyini və beləliklə, ona öz potensialınıüzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzu edib.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020