Yunan-Roma üzrə U-17-miz DÇ-da ikinci olub - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yunan-Roma üzrə U-17-miz DÇ-da ikinci olub - İNTİQAM təqdim edir (AZpress.AZ)
İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, U-17-miz sözügedən çempionatda uğurlu çıxışla yadda qalıb. Belə ki, mundiala qatılan yığmamızın 10 üzvündən 7-si uğurla çıxış edərək fəxri kürsüyə qalxıb. Onlardan 3-ü yalnız həlledici finalda uduzaraq mundialın ikincisi, 4-ü isə dünya üçüncüsü olub. Bu da son 10 ildə bu yaş qrupunda yunan-Roma güləşində ən yaxşı göstəricimizdir. Xatırladaq ki, gümüş medalları Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) qazanıb. Bürünclər isə Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanovun (110 kq) aktivinə yazılıb.
Beləliklə, yığmamız 130 xal toplayaraq yalnız İrandan (135 xal) geri qalmaqla komanda hesabında dünya ikincisi olub. Üçüncü yeri isə 121 xalla Gürcüstan tutub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)