BDU-nun Biologiya fakültəsinin tələbələri "AZecolab Company" şirkətində təcrübədə +FOTO=2

BDU-nun Biologiya fakültəsinin tələbələri "AZecolab Company" şirkətində təcrübədə

 

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biologiya ixtisası üzrə III kurs tələbələri Elşən Əliyev və Sevinc Allahverdiyeva "AZecolab Company" şirkətində yay təlim-təcrübə proqramında iştirak edirlər.

 

BDU ilə "AZecolab Company" şirkəti arasında imzalanmış ikitərəfli saziş çərçivəsində tələbələrin mütəmadi olaraq tədqiqat və təcrübi işlərə cəlb edilməsi əsas prioritet istiqamət sayılır. Qeyd olunan istehsalat təcrübəsi müddətində tələbələrə mikrobiologiya və ekotoksikologiya sahəsində təcrübi vərdişlər aşılanır, bu sahələr üzrə tədris aparılır. Təcrübə proqramı dövründə tələbələr yeni avadanlıqlardan istifadə edərək müasir metodların tətbiqi ilə ekspress testlərlə analizlər aparırlar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması barədə təlimatlandırırlar.

Təcrübə proqramının iki ay davam etməsi nəzərdə tutulur.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020