Azərbaycan yığması AÇ-da Moldovanı da udaraq qrup lideriliyini özündə saxlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması AÇ-da Moldovanı da udaraq qrup lideriliyini özündə saxlayıb  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

San-Marinoda kiçik ölkələrdən olan 18 yaşlı (U-18) basketbolçular arasında keçirilən Avropa çempionatının C divizionunda qrup mərhələsinin oyunları 4-cü turla başa çatıb. Azərbaycan da daxil olmaqla 10 komanda iki qrupda mübarizə aparıb. Maraqlıdır ki, çempionatın B qrupunda mübarizə aparan Azərbaycan yığması son turda Moldova millisiylə qarşılaşıb. Startda Lüksembuequ 75:71, ikinci turda Cəbəllütariqi 115660, 3-cü turda isə Ermənistanı 76:65 hesabla məğlub edərək qrup liderliyin ələ alan yığmamız son turda isə Moldovanı 75:66 hesabla məğlub edərək liderlik mövqeyini qoruyub və yarımfinala lider kimi adlayıb. Reqlamentə görə qruplarda ilk iki yeri tutan komandalar pley-offda (12 finalda) mübarizəni davam etdirəcək. Bu isə o deməkdir ki, Avropa çempionatına Roderik Anderson, Nicat Nəsirov, Səid İsmayılov, Varid Ağazadə, Əli Həsənov, Əlixan Mikayılzadə, Rəşid Abbasov, Azər Əzimov, İsmayıl Abdulla, Hüseyn Əsgərli, Tariel Yusifzadə, Hüseyn Qasımov, Müşviq Babayev, Əlibəy Məmmədli və Qriqoriy Şamaylovdan ibarət heyətlə qatılan yığmamız yarımfinalda A qrupunda ikinci yeri tutan Albaniya komandasıyla qarşılaşacaq.

 

B qrupunda hazırki vəziyyət belədir: Azərbaycan – 8 xal (4 oyun), Moldova – 6 (4), Lüksemburqг – 5 (3), Ermənistan – 4 (3), Cəbəllütariq – 4 (4).

 

AÇ-nın A qrupunda isə Monako, Malta. San-Marino, Albaniya və Andorra mübarizə aparır. Qeyd edək ki, iyulun 30-da yarımfinal, 31-də isə final oyunu keçiriləcək. 31-də 3-cü yer uğrunda görüş də baş tutcaq.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020