Azərbaycan komandaları Olimpadaya qələbə seriyasını davam etdirir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan komandaları Olimpadaya qələbə seriyasını davam etdirir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 ŞAHMAT OLİMPİADASI
---------------------------------------
Azərbaycan komandaları Olimpadaya qələbə seriyasını davam etdirir



Dünən Hindistanın Çennae şəhərində kişi və qadın şahmatçılardan ibarət komandalar arasında növbəti Şahmat Olimpiadasına start verilib. Azərbaycan da daxil olmaqla isveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan Olimpadada 188 kişi və 162 qadın komandası mübarizə aparır. Hər komandaının heyəti 4 əsas və 1 ehtiyat oyunçudan ibarətdir.
Olimpiadanın startı Azərbaycanhər iki komandası üçün uğurlu başlayıb. Beləki, belə ki, kişi şahmat komandamız Əlcəzairi, qadın komandamız isə BƏƏ millisini 4:0 hesabla məğlub edib. Bu gün isə Olimpiadada ikinci turun partiyaları keçirilib. Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abbasovdan ibarət heyətlə Flippin komandasına qarşı oynayan kişi komandamız 3:1 hesablı qələbə qazanıb. Nicatla Qədir öz rəqibin mat qoyduğu həmin oyunda Raufla Vasif rəqiblə sülh bağlayıb.
İkinci tura Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəlieyva dördlüyündən ibarət heyətlə çıxan Azərbaycanın qadın komandası Finlandiyanı 4:0 hesabla üstələyib.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020