Azərbaycan AÇ-nın yarımfinalında Albaniyaya böyük hesabla uduzub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
BASKETBOL
----------------------------
Azərbaycan AÇ-nın yarımfinalında Albaniyaya böyük hesabla uduzub
San-Marinoda kişik ölkələrdən olan 18 yaşlı basketbolçular arasında keçirilən Avropa çempionatının C divizionunda qrup mərhələsindən sonra yarımfinal oyunları da başa çatıb. Xəbər verdiyimiz kimi, yer aldığı B qrupunda müvafiq ardıcıllıqla Lüksemburq (75:71), Cəbəllütariq (115:60), Ermənistan (76:65) və Moldovanın (75:66) məğlub edərək qrup lideri kimi yarımfinala (pley-offa) çıxan U-18 komandamız finala çıxışda A qrupunu ikinci yedə bitirən Albaniya ilə üzləşib. Təəssüflər olsun ki, Avropa çempionatına Roderik Anderson, Nicat Nəsirov, Səid İsmayılov, Varid Ağazadə, Əli Həsənov, Əlixan Mikayılzadə, Rəşid Abbasov, Azər Əzimov, İsmayıl Abdulla, Hüseyn Əsgərli, Tariel Yusifzadə, Hüseyn Qasımov, Müşviq Babayev, Əlibəy Məmmədli və Qriqoriy Şamaylovdan ibarət heyətlə qatılan və ilk 4 oyunun hamızını qələbə ilə başa vuran yığmamız qələbə seriyasını davam etdirə bilməyib. Albaniya ilə görüşdə böyük hesablı (20 xal fəqriylə) uduzan komandamız finaldan kənarda qalaraq 2016-cə ildə sahib olduğu çempionluq şansını itirib - 56:76. Bu məğlubiyyətdən sonra yığmamız bu gün 3-cü yer uğrunda Lüksemburqla qarşılaşacaq. Qeyd edək ki, Azərbaycanın hələ startda məğlub etdiyi Lüksemburq yarımfinalda Monakoya 65:80 hesabla uduzub. Ona görə də finalda A qrupunun lideri olmuş Monako ilə Albaniya qarşılaşacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

