Gənc taekvondoçularımız DÇ-da iştirak etmək üçün Sofiyaya yollanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc taekvondoçularımız DÇ-da iştirak etmək üçün Sofiyaya yollanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc taekvondoçularımız DÇ-da iştirak etmək üçün Sofiyaya yollanıblar  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Gənc taekvondoçulardan ibarət Azərbaycan komandası Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb. Səfərdə məqsəd 02-07 avqust günlərində həmin məkanda keçiriləcək dünya birinciliyinda iştirak etməkdir. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, komandamız dünya birinciliyinə böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında 15 idmançı ilə qatılacaq.
809 taekvondoçunun iştirak edəcəyi birincilikdə komandamız oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızların yarışında isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənovayla (55 kq) təmsil olunacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020