Kəramət Böyükçöl: AMEA-da elmi işçilərin hərəsini altı yerə bölsən, yenə də səsini çıxarmayacaq

Kəramət Böyükçöl:  AMEA-da elmi işçilərin hərəsini altı yerə bölsən, yenə də səsini çıxarmayacaq

 

AMEA-da o qədər elmi işçi var, professor, alim, akademik var, onların hərəsini altı yerə bölüb və hər hissəsini bir dövlət qurumuna birləşdirsən, yenə də səsini çıxarmayacaq. Məsələn, orada bir alim var. Şərti adı Manafdır. Manafı 6 yerə böl, başını apar Əmlak Komitəsinə birləşdir, arxasını apar Zahid Oruca birləşdir, bir ayağını apar Allahşükürə birləşdir, o biri ayağını apar Hacıbalaya birləşdir, xeyri yoxdur, dinən deyil, ayda 200-300 manat maşını ver, başına nə oyun açırsan aç. Dinsələr, bəlkə, mənə dinə bilələr. Orada çalışan və özünə elm adamı deyənlərin əksəriyyəti belədir. O bina saxta dissertasiyalar, saxta alimlər, saxta məruzələr, saxta şəxsiyyətlərlə doludur. İnanın, o binaya ən çox məna və məzmun verən ətrafındakı ağacların altında öpüşən sevgililər və bir də Kəramətin kitablarını satdığı yer olmasıdır. Bir dələduzun Şuşaya getmək adı ilə aldatdığı 400 alimin binası ləğv olunsa yaxşıdır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020