Yığmalarımız Şahmat Olimpiadasında qələbə seriyasını davam etdirir - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yığmalarımız Şahmat Olimpiadasında qələbə seriyasını davam etdirir - İNTİQAM təqdim edir (AZpress.AZ)
Hindistanın Çennae şəhərində kişi və qadın şahmat yığmalarının iştirakı ilə sayca 44-cü olan Şahmat Olimpiadası keçirilir. Azərbaycan yığmaları da daxil olmaqla Olimpiadada 188 kişi, 162 qadın komandası mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan bu möhtəşəm yarışda artıq 3-cü tura da yekun vurulub. Startdan bəri qələbə seriyasını davam etdirən komandalarımızdan kişilər Argentinanı (3:1), zəriflərimiz isə Yunanıstanı (2,5:1,5) məğlub edib.
Bu gün keçiriləcək 4-cü tur çərçivəsində kişilərimiz Türkiyə, qadınlarımızsa İzrail yığmasıyla qarşılaşacaq. Geridə qalan ilk 3 turdan sonra hər iki komandamız 6 xalla liderlər qrupunda yüer alıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

