Tahir Əmiraslanov: Tariximizdə ilk dəfə Gəncəyə məxsus “ ailəvi piti” hazırlanıb çəkildi
Bu xəbəri paylaş
Tahir Əmiraslanov: Tariximizdə ilk dəfə Gəncəyə məxsus “ ailəvi piti” hazırlanıb çəkildi
Tariximizdə ilk dəfə bərpa etdiyimiz Gəncəyə məxsus “ ailəvi piti” hazırlanıb çəkilir.
Bu piti 1950- ci ilə qədər Gəncə İcra hakimiyyətinin binasının yerində , bir birinin yanında Piti və Səngah ( şatır) dükanı vardı.
Ailəvi pitini burada 8-12 nəfərlik küpələrdə bişirrdilər. Şəki pitisindən fərqlı olaraq Gəncədə pitiyə şabalıd yox, yerli kraxmal tərkiblı ərzaq kartof qoyulur. Ailəvi pitiyə sonda bir yumurta da vurulur. Yumurta Pitinun suyunda aaçaq-saçaq olur.
Ailəvi pitiyə doğranan Şatır( səngah) çörəyi Pitinin işgənəsində ( suyunda ) quyruq dadı verməlidir. Bu pitinin keyfiyyət göztəricisidir.
Gəncədə məşhur Bağmanlar pitisi isə bir paylıqdır. Pitinin yanında əzilmiş baş soğan da verilir.
Ailəvi piti 72 ildən sonra ilk çəkilişdə. Gəncə. Maral göl restoranı. 31. O7.2022
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)












