Azərbaycanda ilk dəfə urdu dilini öyrənənlər üçün rəngli və şəkilli formatda dərslik nəşr olunub +FOTO=4

Azərbaycanda ilk dəfə urdu dilini öyrənənlər üçün rəngli və şəkilli formatda dərslik nəşr olunub 

 

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimovun müəllifi olduğu “Urdu dili A1” dərs kitabı çapdan çıxıb.

 

Şərqşünaslıq fakültəsinin Pakistan üzrə regionşünaslıq ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş kitab Azərbaycan dilində rəngli və şəkilli formatda nəşr olunmuş ilk urdu dili dərsliyidir. Azərbaycanla Pakistan arasındakı diplomatik əlaqələrin 30 illiyi və BDU-nun Urdu dili şöbəsinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş kitabdan Şərqşünaslıq fakültəsinin tələbələri ilə yanaşı, urdu dilini sərbəst şəkildə və ya Azərbaycan dili ilə müqayisə edərək öyrənmək istəyənlər də istifadə edə bilər.

 

14 bölmədən ibarət olan dərsliyin nəşr olunmasında əsas məqsəd azərbaycanlı oxuculara urdu dilində yazmağı, oxumağı, anlamağı və danışmağı öyrətmək, eyni zamanda onlara Pakistan xalqının mədəniyyəti, tarixi, məişəti barədə qısa mətnlər daxilində məlumat çatdırmaqdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020