Tahir Əmiraslanov: Deyin görək niyə Gəncəbasar dovğa, duğba yox məhz döyğa deyir!?
Bu xəbəri paylaş
Tahir Əmiraslanov: Deyin görək niyə Gəncəbasar dovğa, duğba yox məhz döyğa deyir!?
Yaylaq Festivalında çəkilən şəkillərdən. Yaylağın əsas gözəllikləri. Gəncə döyğası ( dovğa, yoxsa duğba, ya doyğa ). Adı 12- ci əsr ədəbiyyatında da keçir.
Bəzi “ kulinarlar” Gəncə dovğasına noxud vurulduğunu yazır, noxudla şəklini kitaba qoyur.
Gəncədə bu xörəyə noxud vurulmur. Adına da bütün Kəncəbasar döyğa deyir.
Döyğa ki, var haa , gözəl Gəncəmizdə yağlı qatıqla bişir.
Bəzi Gəncə xanımları hazır döyğaya xama , qaymaq , hətta təzə süd də əlavə edə bilərlər . Burada Kətəyə də qaymaq vurub verirlər.
Varlığa nə darlıq. Gəncəlilər ümumiyyətlə darlıq nədi bilmirlər.
Nizami Gəncəvi döyğanı türkün idientifikasiya faktoru kimi verir.
Döyğa sözü -“ döyülən ağ” mənasındadır.
Deyin görək niyə Gəncəbasar dovğa, duğba yox məhz döyğa deyir!?
Bu yayla şorbası, qatıq aşı, ayran aşı və s bir çox adları və formaları, disturları olan bu xörəyimizin sirri nədir ki, hətta dahi Səməd Vurğun da “ Yaz ola dovğa ola yarpız ilə” yazır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
















