Qadın yığmamız Ukraynayla sülh bağlayıb, kişilərimizsə kubalılarla bacarmayıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın yığmamız Ukraynayla sülh bağlayıb, kişilərimizsə kubalılarla bacarmayıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)
Hindistanın Çennae şəhərində Azərbaycan komandaları da daxil olmaqla 188 kişi və 162 qadın şahmat yığmasının iştirakı ilə 44-cü Şahmat Olimpiadası keçirilir. Bu gün Olimpiadada sayca 5-ci turun görüşləri keçirilib. Hesabat turu yığmalarımız üçün uğursuz olub. Belə ki, ilk 3 turda müvafiq ardıcıllıqla Əlcəzair, Flippin və Argentinanı məğlub etdikdən sonra 4-cü turda Türkiyə ilə heç-heçə (2:2) oynayan kişi şahmat komandamız hesabat turunda Kuba millisi ilə bağarmayıb. Şəhriyar Məmmədyarovun qalib gəldiyi, Nicat Abbasovunsa heç-heçə oynadığı bu görüşdə Rauf Məmmədovla Vasif Durarbəyli mat qalıb. Nəticədə də kişi yığmamız Kuba millisinə 1,5:2,5 hesabla uduzuaraq 27-ci pilləyə yuvarlanıb.
Kişilərdən fərqli olaraq, bir qədər yaxşı oynayan və ilk 4 turda ardıcıl olaraq, BƏƏ, Finlandiya, Yunanıstan və İzrail komandasını məğlub edən qadın millimiz hesabat turunda Ukrayna ilə sülh bağlayıb - 2:2. Ülviyyə Fətəliyevanın qalib gəldiyi, Gülnar Məmədova ilə Gövhər Beydullayevanın rəqiblə xal böldüyü qarşılaşmada qadın yığmamızın lideri Günay Məmmədzadə isə dünya şahmatının liderlərindən sayılan Mariya Muzıçuka uduzub. İndi aktivində 9 xalı olan qadın yığmamız yarış cədvəlində 5-cidir.
Yeri gəlmişkən, 6-cı turda kişi komandamız Slovakiya ilə qarşılaşacaq. Xatırladaq ki, kişi yığmamız 7 xalla yarış cədvəlinin 27-ci pilləsindədir. Və reytinq göstəricisinə görə iştirakçılar arasında 6-cıdır. 7 xalla yarış cədvəlində 41-ci olan Slobakiya isə reytində 34-cüdür.
Qadınlarımız isə 6-cı turda onunla eyni xal toplayan və yarış cədvəlində cəmi çir pillə geri qalan (6-cı) Qazaxıstanla üzləşəcək. Bir məqamı da qeyd edək ki, reytinq göstəricisinə görə, Azərbaycan 6-cı, Qazaxıstansa 10-cudur.
İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan Olimpiadaya avqustun 9-da yekun vurulacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)