TMT-nı başa vuran yığmamız sabah AÇ-2023-ün seçməsində ilk matçına çıxacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
TMT-nı başa vuran yığmamız sabah AÇ-2023-ün seçməsində ilk matçına çıxacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)
Baş məşqçisi Pərviz Səmədov olan kişi voleybol yığmamız Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə mayın 15-dən başladığı təlim-məşq toplanışını (TMT) başa vurub. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, millimiz AVRO-2023-ün təsnifat mərhələsində ilk rəsmi matçını avqustun 3-də Danimarka yığmasına qarşı keçirəcək. Bakı Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, yığmamız AVRO-2023-ün təsnifat oyunlarında A qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir.
Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

