“YayFest”yaradıcı gəncləribir arayatopladı +FOTO=6

“YayFest”yaradıcı gəncləribir arayatopladı 

 

Azərbaycanın ən böyük gənclər festivalı olan “Yay Fest”in üçüncü - “Yaradıcılıq”həftəsinə start verilib.Avqustun 1-də festivalın növbəti həftəsinin açılış mərasimi keçirilib.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər Fondunun rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə ilk olaraq, Azərbaycan Respublikasının dövləthimni səsləndirilib vəAli Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyü uğrunda döyüşən Müzəffər Ordumuzunşəhidlərinin xatirəsibirdəqiqəlik sükutlayad edilib.Mərasimin qeyri-rəsmi hissəsində istedadlı gənclər müxtəlif musiqi və rəqsnümunələrini təqdim ediblər. Tədbirin xüsusi qonağı müğənni Azad Şabanov düşərgə iştirakçıları üçün sevilən mahnılarınıifaedib.

 

Öncədən elan olunmuş müsabiqə mərhələlərini uğurla tamamlayan 200-dən çox gəncin qatıldığı“Yaradıcılıq”düşərgəsi beş gün müddətində davam edəcək .Düşərgə çərçivəsində iştirakçılar üçün mütəxəssislər tərəfindən milli və xarici rəqslər,təsviri incəsənət nümunələri, həmçinin müxtəlif sosial mövzular üzrə təlimlər aparılacaq, Xalq artistləri,incəsənətxadimlərivəbir çox məşhur şəxslərlə görüşlər keçiriləcək.“Yaradıcılıq” düşərgəsində gənclərin əyləncələrinin təmin edilməsi məqsədilə istedadlar müsabiqəsi təşkil olunacaq və qalib gələn gənclər mükafatlandırılacaq. Bununla yanaşı düşərgə müddətində master klaslar, konsert proqramları,partilər, fləşmoblar, müxtəlif yarışlar, mədəniyyət abidələrinə səfərlər təşkil olunacaq.

 

Qeyd edək ki, artıq üçüncü dəfə həyata keçirilən “Yay Fest” gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı iləbaş tutur.

 

19 iyul - 9 sentyabr tarixlərini əhatə edəcək festival çərçivəsində mərhələli şəkildə fərqlimövzular (Tələbəlik, Dəmir Yumruq, Yaradıcılıq, Könüllülük, UN SDG, İdeyadan Biznesə, Karyeravə İnkişaf, Həmrəylik) üzrə 8 düşərgə həftəsi təşkil olunacaq. Ümumilikdə“Yay Fest”də 2 mingəncin iştirakı nəzərdətutulub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020