Qafqaz İslam Ordusunun Bakının işğaldan azad edilməsinə həsr olunmuş yağlı boya rəsm müsabiqəsi

QAFQAZ İSLAM ORDUSUNUN BAKINI İŞĞALDAN AZAD ETMƏSİNƏ (15 SENTYABR 1918-Cİ İL) HƏSR OLUNMUŞ YAĞLI BOYA RƏSM MÜSABİQƏSİ

Nuru Paşa (Mustafa Nuri Killigil)  komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək.

Mövzu: Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz?

İştirak şərtləri və müraciət qaydası

-  Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür; Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və tələbələrin iştirakı arzu edilir.

-  İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından istifadə edə bilərlər.

-  Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.

-  Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm (şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır.

-  Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır.

-  Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon, ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən qarşılanacaq.

-  Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq.

-  Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş edilməyəcək.

-  Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan üzvlərdən təyin ediləcək.

-  Müraciətin başlama tarixi 9 iyul 2022-ci il şənbə günü, bitmə tarixi isə 2 sentyabr 2022-ci il cümə günüdür. Müsabiqənin yekun nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında nümayiş etdiriləcək.

Ünvan və əlaqə vasitələri

Ünvan: Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Səməd Vurğun küçəsi 134, Bakı

Tel: +994 444 73 20

e-poçt: embassy.baku@mfa.gov.tr

Twitter: https://twitter.com/TCBakuBE

Facebook: https://www.facebook.com/TCBAKUBE/

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020